"Kayserispor" Samet Aybabaya qapını göstərib.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, hesabat turunda "Beşiktaş"a məğlub olan (0:2) klubun rəhbərliyi təcrübəli mütəxəssisi istefaya göndərməyi qərara alıb.
Qeyd edək ki, "Kayserispor" Aybabanın rəhbərliyi altında meydana çıxdığı 9 matçın heç birində qələbə qazana bilməyib - 5 yenilgi, 4 heç-heçə. Odur ki, kayserililər 10 xalla Super Liqanın sonuncu pilləsində qərarlaşıb.