Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Sivasspor"u qəbul edib. 18-ci dəqiqədə "Sivasspor"a qarşı daha bir hakim səhvi baş verib. Belə ki, Güven Yalçının vurduğu ilk qol meydandan çıxsa da, hakim qolu qeydə alıb. 

3:0 hesabıyla qələbə qazanan "qara qartallar" ardıcıl 3-cü dəfə qalib gəlib. Xalını 28-ə çatdıran "Beşiktaş"ı lider "Qalatasaray"dan cəmi 1 xal ayırır. 

Oyunun icmalını təqdim edirik:

“Beşiktaş” – “Sivasspor”  3:0 (Güven Yalçın, 18. Larin, 84. Oğuzhan Özyakup, 90+2.)