Türkiyə Superliqasının 11-ci turunda bu həftəsonu qarşılaşacaq "Dənizlispor" - "Fənər" matçı qabağı ev sahiblərindən gözlənilməz paylaşım gəlib.
Offsideplus.az xəbər verir ki, "Dənizlispor" "tvitter" hesabında 2006-cı ildə "Fənərbağça"nın çempionluğu itirməsinə səbəb olan matçdan (1:1) görüntülər paylaşıb.
"Xatırla", - deyə yazılan paylaşıma "Fənərbağça"nın nə cavab verəcəyi maraqlıdır. Bundan 2 il öncə bu iki komandalar arasında baş tutan matçda "Fənərbağça" "Dənzlispor"u 4:0 hesabı ilə darmadğın etmişdi.
Qeyd edək ki, "Dənizlispor" - "Fənərbağça" görüşü dekabrın 6-sı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
#hatırla pic.twitter.com/J2yUXB5VRm
— Denizlispor Kulübü (@Denizlispor) December 1, 2020