"Qalatasaray"la müqaviləsi mövsüm sonunda bitəcək olan 31 yaşlı Yasin Öztekin komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın mövsüm sonunda yollarını ayırmağı planlaşdırdığı Yasin Öztekin üçün meneceri Əhməd Bulud işlərə başlayıb.

"Sarı-kırmızı"lı forma ilə 4-ci mövsümünü yaşayan 31 yaşlı futbolçuya gələn təklifləri qiymətləndirən Buludun Spor Toto Super liqasından başqa , Alman klubları ilə də təmasda olduğu deyilir.