Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"dan ayrılacağı gözlənilən Qonsalo İquaini sıralarına qatmağa yaxındır.
Turin klubunun yeni baş məşqçisi Andrea Pirlonun bu gün verdiyi açıqlama "sarı-larcivərtlilər"i sevindirib.
Belə ki, Pirlo İquainlə danışdığını və onun "Yuventus"dan ayrılacağını bildirib:
"Onunla danışdıq. Komandanı tezliklə tərk edəcək. İquain planımızın bir parçası deyil və onu göndərməyə hazırıq".
"Fənərbağça"nın tezliklə 32 yaşlı argentinalı hücumçu ilə danışıqlar masasına oturacağı gözlənilir.