Türkiyənin "Fənərbağça" klubu futbolçusu Alper Potukla yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, o, 2013-cü ildə "Eskişehirspor"dan "Fənərbaxça"ya transfer edilmişdi.