"Başakşəhər" klubunun dünən "Kopenhagen"ə məğlub olduğu oyun (3:0 )Türkiyənin UEFA reytinqi adına baha başa gəlib.
Offsideplus.az xəbər verir ki, 2020/21-ci illər mövsümü Türkiyə klubları üçün birbaşa UEFA Çempionlar Liqası qruplarında son mövsüm olacaq.
2021/22-ci illər mövsümündən etibarən isə, Türkiyə çempionu daha birbaşa UEFA Çempionlar Liqası qruplarına vəsiqə əldə edə bilməyəcək.
Onların əvəzində isə, həmin mövsümdən etibarən, Niderland liqasının çempionu birbaşa UÇL qruplarına yüksələcək. Türkiyə çempionu olacaq klubun birbaşa UÇL qruplarına yüksəlməsi isə sadəcə o halda mümkün ola biləcək ki, Çempionlar Liqası çempionu olan klub öz liqasında da UÇLqruplarına vəsiqə verən yerlərdən birini tutsun və belə olduqda həmin boş vəsiqə 11-ci pilləyə enəcək olan Türkiyə Superliqasına veriləcək və elita çempionu birbaşa UÇL qrupuna vəsiqə qazana biləcək.