Məsut Özilin Türkiyənin "Fənərbağça" klubuna keçidinin maddi səbəblərə görə baş tutmadığı barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, "Arsenal"da illik maaşı 12 milyon avro olan futbolçunun müqaviləsi 2021-ci ildə bitəcək. Futbolçu daha az maaş təklif edən "Fənərbağça"nın təklfiini bu səbəbdən qəbul etməmişdi.
İngiltərə mətbuatı türk əsilli futbolçu ilə bağlı yeni iddia irəli sürüb. Son Türkiyə çempionu "Başakşəhər" Almaniya millisinin sabiq üzvünə sərfəli təklif etməyə hazırlaşır.
İlk dəfə Çempionlar Liqasında iştirak hüququ qazanan "Başakşəhər" transfer pəncərəsində bu keçidi reallaşdırmağa çalışacaq.
İngilis mətbuatı Özilin həyat yoldaşı, Türkiyə gözəli Amina Gülşenin ölkəsində yaşamaq istəyinin bu transferə müsbət təsir edəcəyini istisna etməyib.
Qeyd edək ki, "Arsenal"da yeddinci mövsümünü keçirən Məsut Özil cari mövsümdə 23 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.