Futbol üzrə Türkiyə Super Liqasında son turların oyunlarına azarkeşlər buraxıla bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir məlumat verib.

Bu gün video-mətbuat konfransı keçirən federasiya rəhbəri COVİD-19 epidemiyası ilə əlaqədar dayandırılan çempionat matçlarının əvvəlcə boş tribunalar önündə olacağını söyləyib. Lakin prezident ölkədə vəziyyət yaxşılığa doğru dəyişəcəyi təqdirdə, son 4 turda oyunların azarkeşlərlə keçirilə biləcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Super Liqası 26-cı turdan sonra martın 19-da dayandırılıb.