Türkiyənin "Başakşəhər" klubu ilə yollarını ayıran və mövsümün sonunda sərbəst olacaq Arda Turan gələcək karyerası haqda açıqlama verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu yenidən "Qalatasaray" və Türkiyə millisində oynamaq istədiyini bildirib.
33 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə rahat qərar verə biləcəyini deyib:
"Daha əvvəl də fikirimi demişdim. İnşallah "Qalatasaray" və Türkiyə yığması. Özümü daha 3 il yaşıl meydanlarda oynamağa hazır hiss edirəm. Xeyirlisi nədirsə, o olsun".
Qeyd edək ki, futbolçu müqavilə ilə İspaniyanın "Barselona" klbuna məxsusdur.