İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli yeni mövsümdən etibarən Türkiyənin "Qalatasaray” klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "İtaliyanın "Breşiya” klubunun oyunçusu Mario Balotellini heyətinə cəlb etmək üçün danışıqlara başlayıb. Türk klubunun təklifi ikiillik müqavilədir.

Qeyd edək ki, Balotellinin cari müqaviləsinin müddəti növbəti mövsümün sonunda bitir. Oyunçunun agenti Mino Rayiola təklifə müsbət yanaşdıqlarını bildirib.