“Fənərbağça” klubunun futbolçusu Alpər Potukun “Qarabağ”a keçməməsinin səbəbi məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçunun özü Ağdam təmsilçisində oynamaq istəməyib.

Belə ki, “Fənərbağça” əsas heyətindən kənarlaşdırdığı 28 yaşlı futbolçusunun “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” və “Başakşəhər” kimi rəqiblərinə, o cümlədən  “Sivasspor”a keçməsinə də mane olub.

Klub onun yalnız “Rizəspor” və “Qarabağ”a keçməsinə müsbət yanaşıb. Ancaq futbolçu özü buna razı olmayıb.