Arda Turanın yeni klubu müəyyənləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, adı uzun müddət "Qalatasaray"la yanaşı çəkilən ancaq klub rəhbərliyi tərəfindən istənməyən Arda Turan Braziliya klubu ilə danışıqlar aparır.

33 yaşlı oyunçu Braziliyanın "Flamenqo" klubu ilə anlaşmağa yaxındır. Bu keçiddə Ardanın "Atletiko Madrid"dəki sabiq komanda yoldaşı Filipe Luisin rolunun böyük olduğu bildirilir. 

Qeyd edək ki, Arda Turan mövsümün ilk yarısında formasını geyindiyi "Başakşəhər"in heyətində 12 oyuna çıxıb. Futbolçu ilə "Antalyaspor" klubu da maraqlanır. // Fanatik