Super Liqanın XXIII turu çərçivəsində bu gün “Gənclərbirliyi”ini qəbul edəcək “Başakşəhər” Arda Turanı heyətdən çıxarıb.

Offsideplus.az Fanat.az-a istinadən əbər verir ki, buna səbəb futbolçunun sağ ayağından zədə almasıdır.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Başakşəhər” 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və "Qalatasaray”dan 1 xal geri qalır. “Gənclərbirliyi” isə 25 xalla 13-cü yeri tutur.