Mövsümün sonunda "Bavariya" ilə yollarını ayıracaq Frank Riberi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Offsideplus.az-ın məlumatına görə, "Qalatasaray" fransalı ulduz futbolçunu qaytarmaq niyyətindədir.

Gələn aydan azad agent statusu daşıyacaq 36 yaşlı vingerə "cim-bom" rəhbərliyi rəsmi təklif göndərib. İstanbul nəhəngi ona 2 illik müqavilə təklif edilib.

"Qalatasaray"ın gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi Riberinin qərarına müsbət mənada təsir edə bilər.