Braziliyalı ulduz futbolçu Neymar Türkiyə klubuna dəstək olub.

Offsideplus.az xəbər verir ki, söhbət “Boluspor”dan gedir.

Məlumata görə, Neymar Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”un təşkil etdiyi lotoreya biletlərindən 5 min dənə alıb və kluba 75 min lirə dəstək olub.

Buna “Boluspor”da oynayan tanınmış oyunçu Andre Santos vasitəçi olub. Belə ki, o, bir neçə gün öncə Neymarın dəvəti ilə Parisdə onun doğum günü partisində iştirak edib və lotoreya biletləri barədə həmin vaxt Neymara məlumat verib.

728xauto.jpg