Qış transfer pəncərəsi dövründə hücum xəttini gücləndirməyi düşünən “Qalatasaray”la bağlı sürpriz iddia irəli sürülüb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” rəhbərliyi cari mövsümün sonunda “Bavariya” ilə müqaviləsi bitəcək Frank Riberini heyətinə qatmağı planlaşdırır. Menecerlər tərəfindən İstanbul klubuna təklif edilən və qışda transferinin mümkün ola biləcəyi haqqında məlumat verilən forvardla gələn həftə görüş keçiriləcək.
Fransalı futbolçu 2005-ci ildə “cim-bom”a transfer olunmuş və yarım mövsüm bu klubun şərəfini qorumuşdu.
35 yaşlı futbolçu cari mövsümdə “Bavariya” formasıyla iştirak etdiyi 21 rəsmi oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.