"Qalatasaray”ın transfer gündəmində olan Rodriqo Mora ilə bağlı İstanbul təmsilçisinə xoş olmayan xəbər gəlib.
Offsideplus.az xəbər verir ki, Portuqaliyanın “Portu” klubunda çıxış edən 19 yaşlı futbolçu üçün “Roma” da hərəkətə keçib. İtaliya klubu Mora ilə bağlı “Portu”ya bir neçə fərqli təklif təqdim edib və transferi reallaşdırmaq üçün danışıqları sürətləndirib.
Məlumata görə, “Roma”nın variantlarından biri Mora üçün 25 milyon avro ödəmək və futbolçunun gələcək satışından “Portu”ya 50 faiz pay verməkdir. Digər variantda isə futbolçunun icarəyə götürülməsi və sonradan satın alınması nəzərdə tutulur.
Bu vəziyyət “Qalatasaray” üçün ciddi rəqabət yaradıb. İstanbul klubu da gənc portuqaliyalının transferində maraqlı tərəflərdən biri olaraq qalır.
Qeyd edək ki, Rodriqo Mora “Portu”nun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi və cinah oyunçusu kimi çıxış edən futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.


