"Anadolu Efes" yeni mövsüm üçün amerikalı müdafiəçi Daron Rassell ilə müqavilə bağlamağa razılaşıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı basketbolçu ötən mövsüm Rumıniyanın "Kluj" klubunda çıxış edib və 19,8 xal ortalaması ilə EuroCup turnirinin ən məhsuldar oyunçusu olub. Rassell daha əvvəl "Monako"ya keçməyə yaxın olsa da, Fransa təmsilçisinin maliyyə problemləri səbəbindən bu transfer baş tutmayıb.


