"Gəncə" basketbol klubu Fikrət Ələkbərovu transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə yeni mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində çıxış edən basketbolçu son mövsümü "Neftçi"də keçirib. 184 sm boya malik Ələkbərov "sarı-göylər"in heyətində 4 nömrəli formada oynayacaq.