"Fənərbağça"da prezidentliyə namizəd Hakan Safi seçkiləri qazansa, transfer edəcəyi futbolçuların adını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, o, Hakan Çalhanoğlunu "sarı-lacivərtlər"ə gətirəcəyini deyib.

Bundan əlavə, Luis Suarez ("Sportinq"), Merih Demiral və Meyson Qrinvud da "Fənərbağça" ilə adı hallanan oyunçular arasındadır. 

Qeyd edək ki, bütün keçidlərin reallaşması seçkilərin nəticəsindən asılı olacaq.