Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Manuel Fernandeş karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray” ulduz futbolçunun xidmətində maraqlıdır.
Portuqaliya millisinin üzvünün meneceri Paulo Barbosa danışıq aparmaq üçün İstanbula gəlib. O, ilk görüş zamanı konkret cavab verməyib. Çünki menecer “Qalatasaray”ın maliyyə feyr-pleyi ilə bağlı son durumunu öyrənmək fikrindədi. “Lokomotiv” isə müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçuya yeni sözləşmə təklif etməyib.
Qeyd edək ki, Manuel Fernandes 2011-2014-cü illərdə Türkiyədə “Beşiktaş”ın formasını geyinib.