“Valensiya” baş məşqçi Albert Seladeslə yollarını ayırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada hazırda 7-ci pillədə yer alan “yarasalar”ın Çempionlar Liqasına düşməmək təhlükəsi var. Bu səbəbdən Seladeslə vidalaşmaq istəyən rəhbərlik bu posta PSJ və “Arsenal”ın sabiq baş məşqçisi Unay Emerini gətirmək niyyətindədir.

Qeyd edək ki, 2008-2012-ci illərdə bu komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında “yarasalar” üç dəfə La Liqada 3-cü yeri tutub və Çempionlar Liqasında 1/8 finala qədər irəliləyib.