Rusiyanın “Fakel” klubunun futbolçusu Nikita Motpan “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri yoxlama görüşü barədə danışıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində penaltidən vurduğu qol sayəsində Voronej təmsilçisinə qələbə qazandıran Moldova millisinin üzvü sevincli olduğunu bildirib:
“Səbail”lə oyun asan olmadı. Qol vurmaq və məhsuldar ötürmə vermək gözəldir. Amma əsas odur ki, komandaya xeyir verək, birlikdə müsbət nəticə əldə edək və qarşımıza qoyulan vəzifələrin icrasına doğru irəliləyək. “Səbail”lə görüşdə hücumda və müdafiədə yaxşı göründük. Fiziki cəhətdən də yaxşı formadayıq”.