Rusiya Premyer Liqasında 16-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Komanda doğma meydanda Moskva “Spartak”ı ilə üz-üzə gəlib və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Azər  Əliyev də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Ufa” 16 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.