"Spartak" klubunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Anton Fetisov döyülüb.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan Fetisov reanimasiyaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması qoyulub.
Antonun durumunun stabil olduğu, lakin hələ danışmadığı bildirilir.
Qeyd edək ki, mayın 10-da "Spartak" evdə "Ximki"ni Rusiya Premyer Liqasının 29-cu tur matçında 2:1 hesabı ilə yenib. Bunun nəticəsində "qırmızı-ağlar" gümüş və ya bürünc medalı (həmçinin Çempionlar Liqasına vəsiqəni) təmin edib.