Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbətigörüşünə çıxıb.

Sözügedən komanda səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azər Əliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.