"Anji"nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan Ayaz Quliyev barədə danışıb.
Offsideplus.az xəbər verir ki, erməni mütəxəssis "Spartak"ın üzvünü tərifləyib.
O, azərbaycanlı futbolçunun bir sıra keyfiyyətləri özündə cəmləşdirdiyini bildirib:
“Mən Quliyevi “Spartak-2”dən yaxşı tanıyırdım. O, tam unikal oyunçudur. Ayaz özündə 6, 8 və 10 nömrə keyfiyyətlərini cəmləşdirib. Yəni, dayaq, cinah və hücumameylli yarımmüdafiəçi kimi çıxış edə bilir. Quliyev driblinq, sürətli anlaşma və hər iki ayaqla qapıya zərbələri nəzərə alsaq, potensial və keyfiyyət toplusuna görə top oyunçudur. Onun potensialına şübhə etmirəm. Rusiya Premyer Liqasında ona bərabər olan yerli oyunçu yoxdur. Bu futbolçuya xüsusi yanaşma lazımdır”.