AFFA İntizam Komitəsi 3 klub rəsmisini futboldan uzaqlaşdırıb
Offsideplus.az xəbər verir ki, "Baku" TFK-nın 2 (İsmayıl Hüseynzadə, Rövşən Mustafayev), "Çinar-Zəngilan"ın isə 1 (Anar Dünyamalıyev) rəsmisi sənəddə saxtalaşdırmaya görə bu cəzaya məruz qalıb.
İsmayıl Hüseynzadə və Anar Dünyamalıyev 3 illik, Rövşən Mustafayev isə 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.
Qeyd edək ki, hər iki klub Region Liqasında mübarizə aparır.



