"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik".

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA Region Liqasının 2024/25 mövsümünün qalibi olan "Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca deyib.

AFFA-nın mətbuat xidmətnə açıqlama verən türk çalışdırıcı II Liqada da uğurlu çıxış etmək istədiklərini gizlətməyib: "Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".

Qeyd edək ki, "Xankəndi" klubu ötən il yaradılıb. Komanda bu gün Region Liqasının finalında "Şirvan"ı 3:0 hesabı ilə üstələyib.