Sabah AFFA Region Liqasında mövsümə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, yarışın son 2 matçı Qəbələ şəhər stadionunda keçiriləcək.
Belə ki, öncə saat 14:00-da ehtiyat meydançada “Göyəzən” və “Ağstafa Gənclər”i bürünc medal uğrunda oyuna çıxacaqlar.
Saat 17:00-da isə əsas meydançada “Şirvan” və “Xankəndi” arasında final matçı başlanacaq.
Qeyd edək ki, AFFA Region Liqasının qalibi birbaşa II Liqaya vəsiqə qazanacaq. Bundan başqa, qızıl medalların UEFA Regional Kubokunda iştirak hüququna yiyələnəcək.
Finalda uduzacaq kollektiv da II Liqaya yüksələ bilər. Bundan ötrü həmin komanda II Liqada 13-cü yeri tutmuş "Lerik"i pley-off matçında ustələməlidir.
Qəbələ şəhər stadonunun son durumu ilə bağlı AFFA-nın rəsmi saytında yayımlanan fotoları təqdim edirik: