"Şirvan" klubu AFFA Region Liqasının yarımfinalında inanılmaz geridönüşü gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, Şirvan şəhərinin eyniadlı komandası 5 gün öncə Qazaxda "Göyəzən"ə 1:4 hesabı ilə uduzmasına baxmayaraq, bu gün doğma azarkeşlərin dəstəyi altında rəqibdən revanş çıxıb.
Şirvanlılar "Göyəzən"in qapısından 4 top cavabsız top keçirərək finala vəsiqə qazanıblar.
Həlledici qarşılaşmaya yüksələn digər komanda isə "Xankəndi" olub.
AFFA Region Liqası
Yarımfinal, cavab oyunları
"Şirvan" - "Göyəzən" 4:0 (ilk oyun - 1:4)
Elgün Xəlilov, 12; 75; Rüstəm Babazərov, 23; Elcan Rəsulov, 67
"Ağstafa Gəncləri" - "Xankəndi" 0:1 (ilk oyun - 0:4)
Sirac Məmmədli, 90