AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

Offsideplus.az AFFA-nın rəsmi sayına istinadən xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

Həmin gün saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək.

Saat 17:00-da isə Qəbələ şəhər stadionunun əsas meydançasında final matçı baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinalda mərhələsinin cavab oyunları mayın 18-də olacaq. Yarımfinalda "Şirvan" - "Göyəzən" (ilk oyun - 1:4) və "Ağstafa Gəncləri" - "Xankəndi" (ilk oyun - 0:4) görüşləri gerçəkləşəcək.