AFFA Region Liqasında yarımfinal mərhələsində daha bir oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, "Xankəndi" "Ağstafa Gəncləri"ni sınağa çəkib.

Şamaxı Olimpiya Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib- 4:0.

"Xankəndi"nin heyətində Pərviz Qaraxanov (7-ci; 75-ci dəq.), Elmar Rəhimov (40-cı dəq.) və Sərxan Ağayev (60-cı dəq.) fərqlənib.

Cavab görüşü mayın 19-da olacaq.

Xatırladaq ki, dünən keçirilən digər yarımfinal matçında "Göyəzən" "Şirvan"ı 4:1 hesabı ilə məğlub edib.