İki klub AFFA tərəfindən texniki məğlubiyyətlə cəzalanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib.
Region Liqasında "Hacıqabul" – "Bakı TFK" matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasında keçirilməli olan "Zaqatala QFK" – "Baku Juniors" qarşılaşmasında da oxşar hal yaşanıb. "Baku Juniors" kollektivi təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.


