Qazaxıstanda təlim-məşq toplanışı keçirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirəcək.

Offsideplus.az xəbər verir ki, yığmamız Qazaxıstanla üz-üzə gələcək.

Oyun Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında daha bir oyun oktyabrın 27-də baş tutacaq.