Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının üzvü Nigar Mirzəliyeva Rusiyanın "Zenit" klubunun heyətində növbəti uğurlu oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçimizin komandası Rusiya Qadınlar Liqasının VIII turunda "Rubin"i qəbul edib.

Start heyətində meydana çıxan Nigar "Zenit"in 2:0 qələbəsində ən böyük pay sahiblərindən biri olub.

Təsadüfi deyil ki, həmvətənimiz VIII turun rəmzi komandasına düşməyi bacarıb.

Hazırda "Zenit" 13 xalla 3-cü pillədə qərarlaşıb.

screenshot_20250506_104955_instagram 

screenshot_20250506_104649_instagram 

screenshot_20250506_104601_instagram 

screenshot_20250506_104934_instagram 

screenshot_20250506_104726_instagram 

screenshot_20250506_104813_instagram 

screenshot_20250506_104907_instagram