“Hazırlıqlarımız yaxşı keçib”.
Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis Azərbaycanın qadınardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
"Bu rəqibə qarşı ilk dəfədir oynayırıq. Rəqibin son üç-dörd oyununu analiz etmişik, üstün və zəif cəhətlərini müəyyənləşdirmişik. Məşq prosesini də fevralın 24-dən etibarən məhz bu analizlər əsasında qurmuşuq. Təkcə rəqibi komanda olaraq deyil, seçmə oyunçularını da təhlil etmişik. İlk oyunu evdə oynayacağıq və ilk oyunlar həmişə çətin olur. Məqsədimiz evdə maksimum xal qazanmaq və ikinci oyuna daha böyük stimul ilə getməkdir.”
Qeyd edək ki, görüş sabah"Dalğa Arena"da keçiriləcək və saat 15:00-da başlayacaq.



