Karyerasını Almaniyanın "Hamburq" klubunda davam etdirəcək Nigar Mirzəliyeva AFFA-nın mətbuat xidmətinə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu hədəflərinin böyük olduğunu deyib:
"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam".
Qeyd edək ki, N. Mirzəliyeva "Hamburq"la 2.5 illik müqavilə imzalayıb.


