Bu gün qadınlar üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 1-ci qrupunda Macarıstan yığması ilə üz-üzə gəldi.
Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda evdə 0:5 hesablı ağır məğlubiyyətə uğradı. Matçda “Offside”a düşən məqamları diqqətinizə çatdırırıq:
● Kişi milli komandamız kimi qızlarımız da azarkeş məsələsindən əziyyət çəkir. Görüşü 400-ə yaxın azarkeş izləyirdi.
● "Göyqurdlar" fan-klubu bütün yaş qrupu üzrə yığmalarımıza tribunadan dəstək olurlar. Bu günkü qarşılaşmada isə "Asenalar" adlı xanımlardan ibarət azarkeş qrupu da yığmamıza tribunadan dəstək oldu.
●Qarşılaşma axşam saatlarında keçirilsə də, isti futbolçulara mane olurdu. Bu səbəbdən də referi birinci və ikinci hissələrdə su fasiləsinə ehtiyac duydu.
● 72-ci dəqiqədə Aytac Şərifova etdiyi səhvlə bizə kişilərdən ibarət yığmamızın qolkiperi Şahruddin Məhəmmədəliyevi xatırlatdı.
●Qarşılaşmanın 80-ci dəqiqəsində "Sabah"ın futbolçusu Xanım Əsədova 15 yaş 10 ay 23 günlüyündə Azərbaycan milli komandasında debüt etdi. Oyunun yeganə müsbət cəhətinin bu olduğunu deyə bilərik.