“Arsenal” “Real Madrid”in hücumçusu Rodriqo üçün 60 milyon avro (52 milyon funt sterlinq) dəyərində rəsmi təklif irəli sürüb.

Offsideplus.az xəbər verir ki, London klubu braziliyalı futbolçunu layihəsinin əsas figurlarından biri kimi görür və ona müntəzəm oyun vaxtı, start heyətdə lider rolunu və titullar uğrunda mübarizə aparan hücum xəttinin mərkəzində yer alacağını vəd edir.

Eyni zamanda Rodriqo üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da oxşar addım atıb, lakin daha yüksək maaş təklif edir.

Artıq son qərarın futbolçunun özü tərəfindən veriləcəyi gözlənilir.