"Real Madrid"in cinah hücumçusu Vinísius Junior öz transferini Premyer Liqa klublarına təklif edib.
Offsideplus.az xəbər verir ki, onun nümayəndələri futbolçunun Premyer Liqaya keçməkdə maraqlı olduğunu" Çelsi", "Liverpul" və "Mançester Siti" klublarına çatdırıblar.
Məlumata görə, braziliyalı futbolçu klubun təklif etdiyi yeni müqavilə şərtlərini qəbul etməyə davam edərsə, "Real Madrid" mövsüm sonunda onun satışına razılıq verəcək.
Madrid təmsilçisi əsas ulduzlarından birini müqaviləsi bitdikdən sonra pulsuz itirmək niyyətində deyil.
Hazırda tərəflər arasında danışıqlar davam edir və Vinísiusun gələcəyi yaxın aylarda aydınlaşacaq.




