“Liverpul” klubu Aleksander İsakın uzun müddət yaşıl meydanlardan kənarda qalacağını rəsmən təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, klubun verdiyi məlumata görə, futbolçu bu gün cərrahi əməliyyat olunub və bir neçə ay forma geyinə bilməyəcək.

Bildirilir ki, İsak ayaq biləyindən zədə alıb və bu zədə fibula sümüyünün sınığını da əhatə edib. Futbolçu bazar ertəsi günü əməliyyat olunub.

Hazırda oyunçunun bərpa prosesi başlayıb və onun yaşıl meydanlara qayıdış tarixinin aylarla ölçüləcəyi vurğulanır. “Liverpul” tibbi heyəti İsakın sağlamlığını tam bərpa etməsi üçün riskə getməyəcək.