"Liverpul"un Arne Slotu qovacağı halda ona ödəniləcək təzminatın məbləği bəlli olub. 

Offsideplus.az xəbər verir ki, o, istefaya göndərsə, 10 milyon funt sterlinq təzminat alacaq. 

Bu məbləğ Slotun müqaviləsindəki satınalma (buy-out) şərtinə əsasən müəyyən edilib.

Niderlandlı məşqçi 2024-cü ildə “Liverpul”un sükanına keçib və klub rəhbərliyi hazırda onunla davam etmək niyyətində olsa da, onun qovulması ehtimalı da yüksəlib.