"Mançester Siti" Arda Güler üçün 100 milyon avroluq təklif hazırlayır.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu, klub tarixinin ikinci ən bahalı transferi olacaq.
Pep Qvardiola "Real"ın gənc ulduzunu bənzəri olmayan bir talant kimi görür.
O, Ardanın 8 nömrə mövqeyində sisteminə uyğunlaşacağına inanır.



