Şimali Koreya lideri Kim Çen In İngiltərə Premyer Liqası barədə qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, o, ölkəsində liqanın yayımlanmasına icazə verib. Lakin oyunlar yalnız müəyyən məhdudiyyətlərlə nümayiş olunacaq.

Məlumata görə, qarşılaşmalar canlı yayımlanmayacaq, əvvəlcədən redaktə olunduqdan sonra efirə veriləcək. Hər oyun 90 dəqiqə əvəzinə 60 dəqiqəlik versiyada təqdim ediləcək.

Yayım zamanı Cənubi koreyalı futbolçuların göründüyü kadrlar efirdən çıxarılacaq, stadiondakı bütün ingiliscə yazılar Şimali Koreya qrafikləri ilə əvəz ediləcək.

Bundan əlavə, LGBT+ simvollarının əks olunduğu bütün səhnələr montaj zamanı silinəcək.