"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu bu yay komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi cari mövsüm ilk 2 oyunun heç birində meydana daxil olmayıb.

Hazırda onun baş məşqçi Ruben Amorimlə münasibətləri birmənalı deyil və klubdan ayrılmağı gözdən keçirir.

10-a yaxın klubdan onun üçün "Mançester Yunayted"ə təklif gəlib.

Meynu Çempionlar Liqasında çıxış edən kluba transfer olmaq istəyir.

Bu barədə "Mail Sport" məlumat yayıb.

20 yaşlı futbolçu "qırmızı şeytanlar"ın heyətində 72 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurmağı bacarıb.