"Mançester Yunayted" bu yay yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, namizədlərdən biri də "Ştutqart"ın futbolçusu Ancelo Ştillerdir.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Ştillerin klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
"Bayern Münhen" yetirməsi olan 24 yaşlı futbolçu 2 mövsümdür "Ştutqart"da çıxış edir. O, burada 81 oyunda 5 qol vurmağı bacarıb.



