"Mançester Yunayted" klubu yalnız qapı və hücum xətti üçün oyunçu axtarmır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" fürsət yaranarsa, yarımmüdafiəni də gücləndirməyi düşünür.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Mançester Yunayted" bu yay indiyə qədər 3 transfer edib: Mateus Kunya, Brayan Mbemo və Dieqo Leon.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 15-də başlayacaq. "Mankunianlar" ilk turda "Arsenal"ı qəbul edəcək.