"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund komandadan ayrılmağı düşünmür.

Offsideplus.az xəbər verir ki, danimarkalı futbolçu "İnter"in marağına baxmayaraq "qırmızı şeytanlar"da qalmaq istəyir.

Bu barədə "talkSPORT" məlumat yayıb.

Höylund 2023-cü ilin yayında "Mançester Yunayted"ə transfer olunub. "Mankunianlar" danimarkalı hücumçu üçün "Atalanta"ya 77 milyon avro ödəyib.

O, başa çatan mövsümdə 52 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.